Goranboyda bədbəxt hadisə baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.
Kənd ərazisində yerləşən avtomobil təmiri sexində işləyən usta, 1974-cü il təvəllüldü Tahir Məhərrəmov ehtiyatsızlıqdan sexdə olan xəndəyə yıxılıb.
50 yaşlı usta aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.