Yaşayıb – yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Azərbaycanın tibb sahəsində özünəməxsus yer tutan şəxsiyyətlərdən biri də Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Rüfət oğlu Həsənovdur. O, uzun illər boyu səhiyyə sahəsindəki uğurlu fəaliyyəti, dərin elmi bilikləri və peşəkarlığı ilə həm tibb işçiləri arasında, həm də xəstələr arasında böyük hörmət qazanmışdır.
Fərhad Həsənov neyrocərrahiyyə sahəsində Azərbaycanın aparıcı mütəxəssislərindən biridir. Onun rəhbərliyi altında Respublika Neyrocərrahiyyə Xəstəxanası beynəlxalq standartlara uyğun fəaliyyət göstərən, innovativ tibbi texnologiyaların tətbiqi ilə seçilən, xəstələrə yüksək keyfiyyətli tibbi xidmət göstərən bir müəssisəyə çevrilmişdir.
Xüsusilə beyin və onurğa cərrahiyyəsində kompleks əməliyyatların uğurla həyata keçirilməsi onun rəhbərlik etdiyi xəstəxananın ən böyük nailiyyətlərindən biridir. Fərhad Həsənovun rəhbərliyi ilə çalışan peşəkar kollektiv hər zaman xəstələrin həyatını xilas etmək və onların sağlamlığını bərpa etmək üçün böyük fədakarlıqla çalışır.
Fərhad Həsənov Prezident İlham Əliyevin səhiyyə sahəsində həyata keçirdiyi islahatlara dəstək verərək, bu istiqamətdə bir çox yeniliklərin tətbiqində aktiv iştirak edir. Onun rəhbərliyi ilə xəstəxanada tibbi avadanlıqların modernləşdirilməsi, tibbi heyətin peşəkarlığının artırılması və müasir standartlara uyğun idarəetmə prinsiplərinin tətbiqi həyata keçirilmişdir.
Neyrocərrahiyyə sahəsindəki bilik və təcrübəsini yalnız xəstələrin müalicəsinə deyil, həm də elmi fəaliyyətə yönəldən Fərhad Həsənov, həm yerli, həm də beynəlxalq tibb konfranslarında ölkəmizi uğurla təmsil edir. O, neyrocərrahiyyə sahəsindəki yenilikləri Azərbaycanda tətbiq etmək üçün yorulmadan çalışır. Bununla yanaşı, gənc həkimlərin hazırlanmasında və onların beynəlxalq səviyyəli mütəxəssislər kimi formalaşmasında mühüm rol oynayır.
Fərhad Həsənov xüsusilə şəhid ailələri və qazilərə xüsusi diqqət göstərir. Onların tibbi ehtiyaclarının qarşılanmasında xəstəxana kollektivinin bütün resurslarını səfərbər edir. Bu, onun həm peşəkar, həm də insanpərvər dəyərlərə sadiq olduğunu nümayiş etdirir.
Fərhad Həsənov yalnız yüksək peşəkarlığı ilə deyil, həm də humanist rəhbər kimi tanınır. O, kollektivdə səmimi, ədalətli və işçilərinin problemlərinə həssas yanaşan bir rəhbərdir. Onun bu cəhətləri xəstəxana əməkdaşları arasında yüksək rəğbət və hörmət qazanmasına səbəb olub.
Fərhad Həsənovun rəhbərliyi ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasının gələcəkdə daha da inkişaf edəcəyinə, beynəlxalq səviyyədə nüfuz qazanacağına və Azərbaycanın səhiyyə sahəsinə yeni nailiyyətlər qazandıracağına tam əminik.
Onun yorulmaz fəaliyyətinə görə, Fərhad Həsənova təşəkkür edir, gələcək işlərində böyük uğurlar arzulayırıq. O, Azərbaycanın tibb sahəsində parlaq bir ulduz olaraq sağlamlığa həsr olunmuş ömrünü davam etdirir.
“Şəhidlik Ugrunda ” Xəbər Portalı !
28.01.2025