gundemkocaeli.net
Bakının bu cəsarəti Parisi “dəli edir” – Ekspert » Sehidlikugrunda.xyz|Xeber Portali Bir başka WordPress sitesi
Osgaka Responsive Wordpress Tema
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. "Dəyişikli
Ana Sayfa Gündəm 18 Mayıs 2024 7 Görüntüleme

Bakının bu cəsarəti Parisi “dəli edir” – Ekspert

Yeni Kaledoniya ərazisi Fransanın müstəmləkəsi olub. İkinci Dünya müharibəsindən sonra beynəlxalq səviyyədə keçmiş müstəmləkələrə müstəqilliklərinin verilməsi prosesi başlayanda rəsmi Paris bir neçə strateji ərazini özündə saxlayıb.

Bu sözləri Axar.az-a Yeni Kaledoniyada baş verən proseslər haqqında danışan Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.

Siyasi şərhçi Fransanın demoqrafik vəziyyətə müdaxilə yolu ilə statistik vəziyyəti öz xeyrinə dəyişmək istədiyini bildirib:

“Orada yerli əhali olan kanaklar və Fransadan illər əvvəl gələn vətəndaşlar birlikdə yaşayır. Hər ikisi ölkənin vətəndaşıdır, amma bura xüsusi administrativ ərazi vahidi olduğu üçün kanakların bir sıra üstünlükləri var. Makron hökuməti isə müstəqillik və s. ilə bağlı keçiriləcək referendumların nəticəsini dəyişmək üçün Fransadan gələnləri də yerli əhali kimi təqdim edir. Onlar da öz növbəsində Kaledoniyanın Fransanın tərkibində qalmasına səs verirlər. Bu mübarizə artıq uzun illərdir ki, davam edir. Eyni zamanda Yeni Kaledoniyada Fransa üçün əhəmiyyətli olan nikel yataqları var. Ərazi nikel yataqlarının böyüklüyünə görə dünyada ilk onluğa daxildir. Rəsmi Paris bu yataqları hərtərəfli şəkildə istismar edir, amma qarşılığında Yeni Kaledoniya büdcəsinə çox az ödəniş edilir”.

Fərhad Məmmədov ölkəmizin kanaklara yalnız siyasi yolla dəstək verdiyini bildirib:

“Kanakların mübarizəsi davam edir. Azərbaycan isə insan hüquqları baxımından Yeni Kaledoniyaya mənəvi dəstək verir. Bu dəstək Fransanı qıcıqlandırır. Ancaq Azərbaycan Fransanın öz işinə yarayanda haqqında danışdığı insan hüquqlarının müdafiəsinin qorunmasını istəyir. Rəsmi Bakı Parisdən fərqli olaraq parlamentdə hökumətə Yeni Kaledoniyanın müstəqilliyini tanımağı tövsiyə edən qətnamələr qəbul etməyib. Azərbaycan yalnız siyasi yolla insan hüquqları konteksində kanaklara qarşı zorakılığı qətiyyətlə pisləyir və bu məsələni həm də özəl təşəbbüslərlə gündəmdə saxlamağa çalışır”.

Qeyd edək ki, Yeni Kaledoniyada etirazlar artıq bir neçə həftədir ki, səngimək bilmir. Polisin ifrat müdaxiləsi nəticəsində meydana gələn toqquşmalarda bugünədək 4 nəfər həyatını itirib, 200 nəfərdən çox etirazçı saxlanılıb, bölgəyə 200 milyon avrodan çox zərər dəyib.

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?

Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.

Maraqınızı çəkə bilər

ABŞ prezidenti İlham Əliyevi təbrik etdi

ABŞ prezidenti İlham Əliyevi təbrik etdi

Tema Tasarım | Osgaka.com