” Atasının şəhid olması, kəndimizin işğal altında qalması Elxanı çox kədərləndirdi. O istəyirdi ki, atasının qisasını alsın. Füzuli şəhərindən tutmuş Zəngilan, Qubadlı, Cəbrayıl, Şuşa və Laçının azad olunmasında böyük şücaətləri oldu”.
Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşdu. Lakin şəhidliyə ucalmaq 24 saatlıq antiterror əməliyyatı zamanı nəsib oldu. Bununla da nəinki atasının bütün şəhidlərimizin, el-obasından didərgin düşənlərin qisasını aldı. Söhbət burada antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan Elxan Nəcəfidən gedir.
Sonxeber.az xəbər verir ki, şəhidimizin ailəsi və yaxınları onun qəhrəmanlıq yolu ilə bağlı “ATV Xəbər”ə danışıb:
” O həmişə deyirdi ki, ana mən şəhid olacağam. Bu döyüş yoludur. Burada getmək var, dönmək yoxdur. Həmişə deyirdi ki, başını dik tut. Mən ölsəm də qəhrəman kimi öləcəm. Sənin oğlun qəhrəmandır”.