Yaşayıb – yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Əziz oxucular ! Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən – Mərcan Medicare Clinic Rəhbəri Araz Ağayev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən , xalqa vicdanla xidmət edən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Araz Ağayev uzun illərdir peşəkar tibbi bilikləri və idarəçilik bacarığı ilə tanınan, pasiyentlərin sağlamlığı üçün fədakarcasına çalışan bir həkimdir. Mərcan Klinikasının baş həkimi kimi o, tibbi xidmətlərdə yüksək standartların tətbiqi və cəmiyyətin sağlamlıq ehtiyaclarının qarşılanması istiqamətində uğurlu fəaliyyət göstərir.
Mərcan Klinikası Araz Ağayevin rəhbərliyi altında, müasir tibbi texnologiyalarla təchiz edilmiş və geniş spektrdə xidmətlər təklif edən qabaqcıl tibb müəssisəsinə çevrilmişdir. Klinika cərrahiyyə, terapiya, ginekologiya, pediatriya və digər sahələrdə mütəxəssis xidmətləri ilə tanınır.
Pasiyentlərin məmnuniyyəti və sağlamlığının qorunması üçün klinikada bütün tibbi proseslər yüksək keyfiyyət standartlarına uyğun təşkil edilir. Araz Ağayevin rəhbərliyi ilə mütəxəssis heyəti hər bir pasiyentə fərdi yanaşma tətbiq edir, onların tibbi problemlərinin həllinə peşəkarcasına yanaşır.
Araz Ağayev yalnız baş həkim kimi deyil, həm də gənc tibbi kadrlara mentorluq edən bir peşəkardır. Onun rəhbərliyi ilə klinikada çalışan gənc həkimlər daim təcrübə qazanır və inkişaf edir. Bu da klinikanın ümumi tibbi səviyyəsini daha da yüksəldir.
Mərcan Klinikası həm müasir tibbi xidmətlər, həm də insana olan qayğı ilə seçilir. Araz Ağayev və onun komandası pasiyentlərin həm fiziki, həm də psixoloji rahatlığını təmin etməyə çalışır. Xüsusilə həssas kateqoriyalardan olan pasiyentlərə – yaşlılar, uşaqlar, şəhid ailələri və qazilər – xüsusi diqqət göstərilir.
Şəhid Ailələrinə və Qazilərə Dəstək:
Araz Ağayev, dövlət başçısı İlham Əliyevin şəhid ailələri və qazilərə dəstək siyasətinə uyğun olaraq, bu kateqoriyadan olan pasiyentlər üçün xüsusi xidmətlər təqdim edir. Bu, onun humanist dəyərlərə və milli birliyə olan sadiqliyini bir daha nümayiş etdirir.
Araz Ağayev həm peşəkarlığı, həm də insani keyfiyyətləri ilə həmkarlarının və pasiyentlərin hörmətini qazanıb. Onun rəhbərliyi altında Mərcan Klinikası sağlamlıq sahəsində yalnız yerli deyil, regional səviyyədə də nümunəvi bir tibb müəssisəsi kimi tanınır.
Araz Ağayevin səhiyyə sahəsindəki fəaliyyəti cəmiyyətin sağlamlıq ehtiyaclarının qarşılanması üçün göstərdiyi əvəzolunmaz xidmətdir. Mərcan Klinikası onun rəhbərliyi ilə cəmiyyətin etibar etdiyi bir səhiyyə mərkəzi kimi inkişaf etməyə davam edir.
Gənc vaxtlarından bugünə qədər Araz Ağayev yalnız bir yolla addımlayır – BU YOL BÖYÜK HEYDƏR ƏLİYEV YOLUDUR . O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
Xeyirxah insan ARAZ AĞAYEV – ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İLHAM ƏLİYEVƏ , Dövlətə və Dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
ARAZ AĞAYEV – Böyük müəllimi və idealı olan HEYDƏR ƏLİYEV kimi layiqli insanlara dəyər verməkdən zövq alır. Həmçinin o, öz yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Hörmətli Araz Ağayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədir . Araz həkim insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır! Araz həkim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir . Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır və Ona etibar edilən bütün işlərdə daim özünü doğruldub.
BİZDƏ REDAKSİYA KOLLEKTİVİ ADINDAN ARAZ AĞAYEVƏ DÖVLƏTİMİZƏ VƏ XALQIMIZA ETDİYİ ŞƏRƏFLİ XİDMƏTİNDƏ YENİ – YENİ UĞURLAR VƏ BAŞARILAR DİLƏYİRİK !
DİREKTOR : V.İ.ABBASOV