gundemkocaeli.net
XİN-dən saxlanılan gəmilərimizlə bağlı yeni AÇIQLAMA » Sehidlikugrunda.xyz|Xeber Portali Bir başka WordPress sitesi
Osgaka Responsive Wordpress Tema
XİN-dən saxlanılan gəmilərimizlə bağlı yeni AÇIQLAMA

XİN-dən saxlanılan gəmilərimizlə bağlı yeni AÇIQLAMA

Eritreyada saxlanılan Azərbaycan gəmiləri ilə bağlı danışıqlar davam edir. Bu barədə  Azərbaycanın Xar
Ana Sayfa Gündəm, Siyasət 31 Ocak 2025 2 Görüntüleme

XİN-dən saxlanılan gəmilərimizlə bağlı yeni AÇIQLAMA

Eritreyada saxlanılan Azərbaycan gəmiləri ilə bağlı danışıqlar davam edir.

Bu barədə  Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, 2024-cü il noyabrın 7-də “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib.

Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu girişin icazəsiz olduğunu vurğulayaraq gəmiləri saxlayıb.

Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər olub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məsələ ilə sonuncu açıqlamasında bildirib ki, qarşı tərəflərlə Ankara, Moskva səfirlikləri vasitəsilə də aparılan danışılarda müsbət irəliləyişlər müşahidə olunub.

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?

Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.

Tema Tasarım | Osgaka.com