Yaşayıb – yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Əziz oxucular ! Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən – Tovuz rayon Çeşməli kənd İcra nümayəndəsi MUSAYEV ASİF MƏHƏMMƏDƏLİ oğlu barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Tovuz rayonu Çeşməli kəndində yüksək işlər görən Asif müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Asif müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Asif müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Tovuz rayonunda Ziyalı adına sadiq qalan Asif müəllim həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə çatmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Asif Musayevin həyat kredosudur.
Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub. Asif müəllim çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.
Mübaliğəsiz demək olar ki, Asif müəllim xeyirxah insandır və ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır.
Gənc vaxtlarından bugünə qədər ASİF MUSAYEV yalnız bir yolla addımlayır – BU YOL BÖYÜK HEYDƏR ƏLİYEV yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana , Tovuz rayonunda Ziyalı adını qoruyub saxlayan Asif Musayevə biz də uğurlar diləyirik.
Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Tovuz rayonunda Xeyirxah əməlləri ilə tanınan Asif müəllim öz peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli peşəyə yiyələnən bu insan öz işinin müqəddəsliyini qoruyub saxlayır və kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Xeyirxah və Ziyalı insan Asif Musayev – ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İLHAM ƏLİYEVƏ , Dövlətə və Dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
ASİF MUSAYEV – Böyük müəllimi və idealı olan HEYDƏR ƏLİYEV kimi layiqli insanlara dəyər verməkdən zövq alır. Həmçinin o, öz yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Hörmətli Asif Musayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədir . Asif müəllim insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Asif Musayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir . Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır və Ona etibar edilən bütün işlərdə daim özünü doğruldub.
BİZDƏ XEYİRXAH İNSAN ASİF MUSAYEVƏ DÖVLƏTİMİZƏ VƏ XALQIMIZA ETDİYİ ŞƏRƏFLİ XİDMƏTİNDƏ YENİ – YENİ UĞURLAR VƏ BAŞARILAR DİLƏYİRİK !
DİREKTOR : V.İ.ABBASOV